Jurnal haqqında

Tələbə Elmi Jurnalı Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən hazırlanan elmi nəşrdir. Jurnalın məqsədi tələbələrin tədqiqat bacarıqlarını inkişaf etdirmək, onların elmi nəticələrini geniş akademik auditoriyaya çatdırmaq və elmi yazı mədəniyyətini formalaşdırmaqdır.

Jurnalda müxtəlif elm sahələri üzrə orijinal tədqiqatlar, icmal məqalələr və eksperimental işlər dərc üçün qəbul edilir.