Jurnal haqqında

Tələbə Hüquq Jurnalı Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən hazırlanan ixtisaslaşmış hüquq nəşridir. Jurnal gənc hüquqşünasların elmi təfəkkürünü formalaşdırır və onları ciddi hüquqi araşdırma və təhlil aparmağa həvəsləndirir.

Jurnalda dövlət və hüquq nəzəriyyəsi, mülki, cinayət, konstitusiya, beynəlxalq hüquq və digər sahələr üzrə məqalələr dərc üçün qəbul edilir.