Açıq giriş və lisenziya

Jurnal açıq giriş (open access) prinsipi ilə fəaliyyət göstərir: dərc olunmuş məqalələr oxucular üçün pulsuz və qeyd-şərtsiz əlçatandır.

  • Məqalənin təqdim edilməsi və dərci üçün müəllifdən haqq alınmır.
  • Məqalələr Creative Commons Attribution 4.0 (CC BY 4.0) lisenziyası ilə yayımlanır: müəllifə istinad etməklə paylaşmaq və uyğunlaşdırmaq olar.
  • Müəlliflər əsərin müəlliflik hüququnu saxlayır.