Rəy (təqriz) prosesi
Jurnalda hər məqalə dərcdən əvvəl çoxmərhələli qiymətləndirmədən keçir.
- Qəbul və ilkin baxış. Redaksiya məqalənin jurnalın profilinə, formal tələblərə və etik meyarlara uyğunluğunu yoxlayır. Məqaləyə aid ən azı iki rəy faylı əlavə edilməlidir.
- Ekspert qiymətləndirməsi. Məqalə redaksiya tərəfindən təyin edilən rəyçilərə göndərilir. Qiymətləndirmə ikiqat anonim aparılır: müəllif rəyçinin, rəyçi isə müəllifin kimliyini bilmir.
- Qərar. Redaksiya rəyləri nəzərə alaraq məqaləni qəbul edir, düzəlişlər üçün qaytarır və ya rədd edir. Qərar müəllifə əsaslandırma ilə bildirilir.
- Düzəlişlər və dərc. Düzəliş tələb olunarsa, müəllif yenilənmiş variantı və cavab məktubunu təqdim edir. Qəbul edilən məqalə növbəti buraxılışda dərc olunur.
Rəyçilərdən aktuallıq, elmi yenilik, metodologiya, nəticələrin əsaslandırılması, istinadlar və dil keyfiyyəti üzrə qiymətləndirmə gözlənilir. Bütün sənədlər məxfi saxlanılır.